Fransa lideri Emmanuel Makron guya yeni baş nazir seçib.
Tvit.az xəbər verir ki, bu barədə material BFMTV-də yayımlanıb.
“Makron yeni hökumət başçısını seçib… Dünən deputatların etimadını qazana bilməyən Fransua Bayru bu gün Emmanuel Makrona istefa ərizəsi təqdim edib”, – məqalədə bildirilib.
Yeni baş nazirin adı açıqlanmayıb.
Fransada baş nazir Fransua Bayru hökumətinin istefasından sonra geniş kütləvi qeyd etmələr keçirilib.