Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanla qarşılaşıb.
Tvit.az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Yığmamızın heyətində qolu 41-ci dəqiqədə Emin Rüsəmov vurub.
U-21-i meydana baş məşqçi Ayxan Abbasovun köməkçisi Elnur Çodarov çıxarıb.
Qeyd edək ki, U-21 seçmə mərhələdəki ilk görüşdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub.