Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Oğuzda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açıldı
sosial

Oğuzda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açıldı

05-09-2025 19:00 22 Просмотров
IMG

Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12 ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

 

Bu barədə Tvit.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.