Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница dünya HƏMAS siyasi bürosunun daha bir üzvü öldürüldü
dünya

HƏMAS siyasi bürosunun daha bir üzvü öldürüldü

01-11-2024 22:00 12 Просмотров
IMG

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Büro üzvlərindən biri İzzəddin Kassabı öldürüb.

Tvit.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, İsrail Hərbi Hava Qüvvələrinin kəşfiyyat məlumatları əsasında həyata keçirdiyi hədəfli zərbə nəticəsində anklavın cənubundakı Xan Yunis şəhəri yaxınlığında məhv edilib.

"Kassab Qəzza zolağında HƏMAS-ın siyasi bürosunun sağ olan sonuncu yüksək rütbəli üzvlərindən biri olub. Onunla yanaşı onun köməkçisi, yaraqlı Ayman Ayeş də məhv edilib", - bəyanatda deyilir.

Aysel Şirinova