Şimali Koreya hərbi qulluqçuları yalnız Rusiya ərazisində yerləşdirilib.
Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
“Prezident Vladimir Putin Şimali Koreya döyüşçülərinə təşəkkür edərək, onların beynəlxalq hüquq normalarına tam uyğun hərəkət etdiklərini, eləcə də 2024-cü ilin iyununda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinə uyğun hərəkət etdiklərini qeyd edib”,- deyə Peskov vurğulayıb.
Elmin Alışov