Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница dünya Medvedev Gürcüstan prezidentinin sözlərini dövlət çevrilişinə çağırış adlandırıb
dünya

Medvedev Gürcüstan prezidentinin sözlərini dövlət çevrilişinə çağırış adlandırıb

01-11-2024 21:00 70 Просмотров
IMG

Gürcüstan prezidenti Salome Zurabişvilinin Gürcüstanda keçirilən parlament seçkilərinin rusiyayönümlü olması ilə bağlı sözləri təxribat və dövlət çevrilişinə çağırışdır.

Tvit.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT telekanalına müsahibəsində deyib.

“Bu cür təxribatın mümkün olduğu tamamilə aydındır. Bu, bütün hadisələrin gedişatından irəli gəlir. Yaxşı, indiki prezident çox az səlahiyyətə malik olsa da, dəyərləndirmələr edib, seçkiləri rusiyayönlü adlandıraraq insanları meydana çəkirsə, nə deyə bilərik. Bu, aşkar çağırışdır, dövlət çevrilişinə təxribatdır”, - deyə o vurğulayıb.

Aysel Şirinova