Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Biləsuvarda ağır qəza: ölən və yaralananlar var
turizm

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

03-09-2025 23:00 32 Просмотров
IMG

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Köhnə Bakı–Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Tvit.az xəbər verir ki, ilkin məlumata görə, iki minik və bir yük avtomobilinin toqquşması ilə nəticələnən qəzada bir nəfər həyatını itirib.

 

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların hamısının Cəlilabad rayon sakinləri olduğu bildirilir.

 

Hadisənin təfərrüatları araşdırılır.