Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat Azərbaycandan İtaliya və Fransaya üç tondan çox qurbağa ayağı ixrac olunub
iqtisadiyyat

Azərbaycandan İtaliya və Fransaya üç tondan çox qurbağa ayağı ixrac olunub

03-09-2025 18:00 41 Просмотров
IMG

Cari ilin avqust ayında beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib.

 

Bu barədə Tvit.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.


Bildirilib ki, Amerika Birləşmiş Ştatlarına 4 milyon 320 min və Birləşmiş Ərəb Əmirliklərinə 1 milyon 158 min 460 ədəd ərzaqlıq yumurta məhsulu, İtaliya və Fransaya 3.6 ton qurbağa ayağı məhsulu, Avstraliya, Albaniya və Kanadaya 42 kq balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.