Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница ДРУГОЕ COP 29 zamanı nəqliyyatın hərəkətinə tam açıq olacaq küçələr açıqlanıb
ДРУГОЕ

COP 29 zamanı nəqliyyatın hərəkətinə tam açıq olacaq küçələr açıqlanıb

01-11-2024 20:00 104 Просмотров
IMG

COP 29 günlərində Bakıda bir sıra küçələr nəqliyyatın hərəkətinə tam açıq olacaq.

 

Tvit.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

 

O bildirib ki, Mətbuat, Hüseyn Cavid, İnşaatçılar, Ziya Bünyadov, Atatürk, Babək, Qara Qarayev, Tbilisi, Azərbaycan, Parlament prospektləri, Fətəli Xan Xoyski, Cəfər Cabbarlı, Abbasmirzə Şərifzadə və İstiqlaliyyət küçələri nəqliyyatın hərəkətinə tam açıq olacaq.

 

"Tbilisi prospektində yalnız Şəfaət Mehdiyev küçəsi ilə İzmir küçəsinin kəsişməsində müvəqqəti məhdudlaşma olacaq", - N.Piriyev əlavə edib.