Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Abşeronda 51 yaşlı qadın qətlə yetirildi - Qaynı saxlanıldı (YENİLƏNİB)
turizm

Abşeronda 51 yaşlı qadın qətlə yetirildi - Qaynı saxlanıldı (YENİLƏNİB)

02-09-2025 17:00 38 Просмотров
IMG

Sentyabrın 2-də saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində Əminə Məlikovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Tvit.az" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 1967-ci il təvəllüdlü Pərviz Məlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

*** 

Abşeron rayonunun Saray qəsəbəsində 51 yaşlı qadın qətlə yetirilib.

"Tvit.az" xəbər verir ki, öldürülən şəxsin 1974-cü il təvəllüdlü Əminə Payızova olduğu bildirilir.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qaynı, 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib.