Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatdı
siyasət

Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatdı

01-09-2025 17:00 29 Просмотров
IMG

Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X”də bildirib.

Səfirin sözlərinə görə, humanitar yardım artıq təhvil verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama əsasən Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 2 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.