Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bu vətəndaşlar 50% artıq subsidiya alacaqlar
sosial

Bu vətəndaşlar 50% artıq subsidiya alacaqlar

01-09-2025 15:00 33 Просмотров
IMG

Azərbaycanda Böyük Qayıdış çərçivəsində məskunlaşan vətəndaşlar kənd təsərrüfatı istehsalı üçün 50 % artıq subsidiya əldə edəcəklər.

"Tvit.az" xəbər verir ki, bu barədə Aqrar Subsidiya Şurası qərar qəbul edib. 

Qərara əsasən "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi  Qaydaları"na uyğun olaraq  işğaldan azad edilmiş kənd və qəsəbələrdə məskunlaşan, həmin yaşayış məntəqələrində yaşayan sakinlərə verilmiş torpaqlarda aparılan əkinlər üzrə əkin əmsalı və əkin subsidiyası bu birillik bitkilər və yonca əkinləri üzrə 50 % artırılmaqla tətbiq ediləcək.