İran prezidenti Məsud Pezeşkian avqustun 31-də
Çinə rəsmi səfər edəcək.
Tvit.az xəbər verir ki, bu barədə prezidentin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi “X” sosial media hesabında məlumat yayıb.
Səfər çərçivəsində Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının iclasında və “Şanxay Plus” formatında keçiriləcək iki beynəlxalq toplantıda iştirak edəcək. Hər iki tədbirdə 30-dan çox ölkə nümayəndəsinin iştirakı gözlənilir.
Sənayinin sözlərinə görə, səfərin əsas məqsədi İran ilə Çin arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsidir.
Elmin Alışov