Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya “Avrotroyka” İrana qarşı sanksiyaların bərpasına başlaya bilər
dünya

“Avrotroyka” İrana qarşı sanksiyaların bərpasına başlaya bilər

27-08-2025 17:00 19 Просмотров
IMG

"Avrotroyka" ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) 28 avqustda İranın nüvə proqramı ilə bağlı danışıqların uğursuz nəticələnməsi səbəbindən bu ölkəyə qarşı sanksiyaların bərpa olunması prosesinə başlaya bilərlər.

 Tvit.az xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Avrotroyka yaxın vaxtlarda öz qərarlarını yazılı şəkildə BMT Təhlükəsizlik Şurasına təqdim etməyi planlaşdırır. İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar bundan 30 gün sonra bərpa olunacaq. 

Aysel Şirinova