Yevlax rayonunda oğulun atasını bıçaqladığı bildirilir.
Tvit.az xəbər verir ki, hadisə rayonun Havarlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Hüsü Qara oğlu Talıbov aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.
İlkin məlumata görə, onu ailə münaqişəsi zəminində oğlu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.