"Qazprom” Rusiyanın Vahid Qaz Təchizatı Sistemindən gündəlik yay qaz tədarükü üzrə yeni tarixi rekorda imza atıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, rekord avqustun 25-də qeydə alınıb və 707,9 milyon kubmetr qaz təşkil edib. Əvvəlki maksimuma - 701,8 milyon kubmetr qaza 2024-cü il avqustun 23-də nail olunub.
"Qaz istehlakının artması bu həftənin əvvəlində Şimal-Qərb və Mərkəzi Federal Dairələrdə başlayan soyuq hava ilə əlaqədardır", - "Qazprom" izah edib.
Aysel Şirinova