Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran rəsmisi Rusiyanı İsrailə köməkdə ittiham edib
dünya

İran rəsmisi Rusiyanı İsrailə köməkdə ittiham edib

25-08-2025 22:00 22 Просмотров
IMG

Rusiya 12 günlük İranla müharibə zamanı İsrailə kəşfiyyat məlumatları verib.

Tvit.az xəbər verir ki, bu barədə İranın Siyasi Məqsədəuyğunluğun Müəyyənləşdirilməsi Şurasının üzvü Seyid Məhəmməd Sədr Seenergyir telekanalına müsahibəsində bildirib.

“Rusiya İsrailə İranda yerləşən hava hücumundan müdafiə sistemlərinin mövqeləri barədə məlumat təqdim edib”, – deyə Sədr ittiham edib.

Rəsminin sözlərinə görə, Rusiya yalnız İranın İsrailə hücumunu qınayıb. Sədr vurğulayıb ki, Moskva ilə Tehran arasında ciddi münasibətlər olmalıdır, lakin “etibar etmək olmaz”.

Daha əvvəl məlum olub ki, ABŞ İsrail və İran arasındakı 12 günlük münaqişə zamanı müasir THAAD raketdən müdafiə sistemlərinin ehtiyatının dörddəbirini tükədib.

Aysel Şirinova