Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Zelenski İlham Əliyevə təşəkkür etdi
siyasət

Zelenski İlham Əliyevə təşəkkür etdi

24-08-2025 20:00 10 Просмотров
IMG

Mən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirəm.

"Tvit.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski X-da paylaşımında bildirib.

“Möhtərəm Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Biz dost Azərbaycana humanitar və digər yardımlara görə çox minnətdarıq. Biz xalqlarımızın mənafeyi naminə strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Volodimir Zelenski Azərbaycan Prezidentinin Ukraynanın Müstəqillik Günü ilə bağlı təbrikini də paylaşıb.