Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Qəbul nəticələri bu tarixdə bilinəcək - Rəsmi
sosial

Qəbul nəticələri bu tarixdə bilinəcək - Rəsmi

21-08-2025 23:00 26 Просмотров
IMG

Ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 19-da başa çatıb. Ümumilikdə 86 min 461 abituriyent və subbakalavr ixtisas seçimi edib.

 

Bəs ixtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq?

 

DİM-dən Tvit.az-a bildirilib ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir.

 

Məlumatda bildirilib ki, ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan - Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir.


"Bu proses müəyyən qədər vaxt tələb edir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur",-açıqlamada qeyd olunub.