Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət SOCAR və Çinin CC7 şirkəti neft kimyası sahəsində əməkdaşlığı müzakirə ediblər
siyasət

SOCAR və Çinin CC7 şirkəti neft kimyası sahəsində əməkdaşlığı müzakirə ediblər

21-08-2025 20:00 33 Просмотров
IMG

SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Milli Kimya Mühəndisliyi və İnşaat Korporasiyasının (CC7) İdarə Heyətinin sədri Long Haiyangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu brədə SOCAR-dan bildirilib.

 

Görüşdə SOCAR-ın enerji sektoru üzrə fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi strateji layihələr barədə məlumat verilib. Azərbaycan və üçüncü ölkələrdə neft və neft-kimya sənayesi sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

 

Qeyd edək ki, CC7 Çinin ən böyük EPC podratçılarından biri olan CNCEC-in törəmə şirkətidir. 1964-cü ildə əsası qoyulmuş və baş ofisi Çenqdu şəhərində yerləşən CC7 Asiya, Yaxın Şərq və Afrikada kimya və qeyri-kimya sektorlarında fəaliyyət göstərir.