Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
turizm

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

21-08-2025 11:00 20 Просмотров
IMG

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Bu barədə "Tvit.az"a DSX-dən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.