Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Paşinyan və Pezeşkiyanın 9 memorandum imzalaması gözlənilir
dünya

Paşinyan və Pezeşkiyanın 9 memorandum imzalaması gözlənilir

19-08-2025 13:00 27 Просмотров
IMG

Ermənistan və İran arasında 9 əməkdaşlıq memorandumunun imzalanması planlaşdırılır.

Tvit.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Məlumata əsasən, İran prezidenti İrəvana rəsmi səfəri zamanı Ermənistanın baş naziri ilə görüşdən əlavə, mədəniyyət, incəsənət və ticarət sahələrində 9 memorandum imzalamağı nəzərdə tutur.

Qeyd edək ki, Məsud Peşezkiyan və Paşinyan hazırda birgə mətbuat konfransı keçirir. Bundan əvvəl rəsmilər birgə bəyanat imzalayıblar.