Qəzza zolağında soyqırım davam edir və hələ bitməyib.
Tvit.az xəbər verir ki, bu barədə Fələstin Ərazisində insan hüquqları vəziyyəti üzrə BMT-nin xüsusi məruzəçisi Francesca Albanese bildirib.
Albanese deyib ki, fələstin xalqı hər kəsdən daha yaxşı bilir ki, yerli vəziyyət dəyişməyib və dünyanın əksər ölkələri soyqırımı dayandırmaq üçün effektiv tədbir görməyib, əksinə İsrail rejiminə siyasi, iqtisadi və hərbi dəstək veriblər.
O, həmçinin Qərb media qurumlarını tənqid edərək, onların əsasən yerli reallıqları görməzdən gəldiyini və rejimin müharibə hekayəsini təbliğ etdiyini bildirib.
Aysel Şirinova