Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Zelenski: İndi sülhə nail olmaq üçün real şansın olduğu andır
dünya

Zelenski: İndi sülhə nail olmaq üçün real şansın olduğu andır

11-08-2025 18:00 13 Views
IMG

Hazırda Ukraynada sülhə nail olmaq üçün "real şans" mövcuddur.

Tvit.az xəbər verir ki, bunu Ukrayna lideri Volodymyr Zelensky Səudiyyə Ərəbistanının Taclı şahzadəsi Məhəmməd bin Salman Əl Səudla danışıqlardan sonra öz Teleqram kanalında bildirib.

 "İndi sülhə nail olmaq üçün real şansın olduğu andır. Lakin sülh dürüst və davamlı olmalıdır. Təhlükəsizliyə zəmanət verilməlidir", - Zelenski yazıb.

Qeyd edilib ki, Zelenski Səudiyyə Ərəbistanı krallığının şahzadəsinə Qərb tərəfdaşları ilə əlaqələr barədə danışıb. 

Aysel Şirinova