Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ən güclü NATO ordusu yaradacam - Polşa prezidenti
dünya

Ən güclü NATO ordusu yaradacam - Polşa prezidenti

06-08-2025 22:00 44 Views
IMG

Polşanın yeni Prezidenti Karol Nawrocki orduda hərbi qulluqçuların sayını 300 minə qədər artırmağı planlayıb. 

Tvit.az xəbər verir ki, o, bunu respublikanın Silahlı Qüvvələrinin komandanlığının andiçmə mərasimindən sonra bildirib.

"Düzünü deyək: müttəfiqlər yalnız özünü müdafiə edə bilənləri himayə edirlər. Avropada ən güclü NATO ordusunun yaradılması üçün hər şeyi edəcəyəm", - o, deyib.

Hazırda Polşa ordusunda 216 min nəfər xidmət edir. Beləliklə, Navrotski hərbi qulluqçuların sayını demək olar ki, üçdə bir qədər artırmağı təklif etdi.