Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Sumqayıtda qardaşlar arasında mübahisə qanla bitib
turizm

Sumqayıtda qardaşlar arasında mübahisə qanla bitib

29-07-2025 21:00 39 Views
IMG

Sumqayıt şəhərinin Corat qəsəbəsində ailədaxili münaqişə zamanı iki qardaş bir-birinə ağır xəsarətlər yetirib.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə 1982-ci il təvəllüdlü Əsgərov Nəcəf Raqib oğlu ilə qardaşı, 1985-ci il təvəllüdlü Əsgərov Mehti Raqib oğlu arasında baş verib.

 

İlkin məlumata görə, mübahisə zamanı Nəcəf Əsgərov qardaşına dəmir parçası ilə baş nahiyəsindən zərbə endirib. Mehti Əsgərov isə cavab olaraq əlində olan bıçaqla Nəcəf Əsgərovu yaralayıb.

 

Hər iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır