Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Kürdəmirdə avtomobil 10 yaşlı piyadanı vurub
turizm

Kürdəmirdə avtomobil 10 yaşlı piyadanı vurub

29-07-2025 20:00 44 Views
IMG

Kürdəmirdə yol qəzası olub, xəsarət alan var.

 

Tvit.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün rayon ərazisində baş verib.

 

Kürdəmir rayon sakini, 1996-cı il təvəllüdlü Mansur Maqsud oğlu Pənahov idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə piyada, 2015-ci il təvəllüdlü Rəvan Baxşəliyevi vurub.

 

Zərərçəkən müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

 

Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Həkimlər R. Baxşəliyevin vəziyyətini ağır olaraq qiymətləndirirlər.