Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bu ölkədə ana 4 yaşlı uşağını öldürərək zibilliyə atıb
turizm

Bu ölkədə ana 4 yaşlı uşağını öldürərək zibilliyə atıb

14-01-2025 17:00 27 Views
IMG

Türkiyədə Yozgatın Boğazlıyan rayonunda 4 yaşlı uşağını öldürərək zibilliyə atdığını etiraf edən ana həbs edilib.

Tvit.az Türkiyə mediasına istinadən xəbər verir ki, Boğazlıyan rayonunda yaşayan M.S (34) yanvarın 11-də keçmiş həyat yoldaşından dünyaya gələn 4 yaşlı oğlu E.Ç-nin itkin düşdüyü barədə polisə müraciət edib.

Polisə verdiyi ifadəsində ziddiyyətli ifadələr verən ana dindirmə zamanı 2024-cü ilin iyul ayında oğlunu boğaraq öldürərək rayon ərazisindəki zibilliyə atdığını etiraf edib.

Nəzarətə alınan MS polis bölməsindəki əməliyyatlardan sonra sövq edildiyi ədliyyədə hakimlik tərəfindən həbs edilib.

Aysel Şirinova