Tvit.az Türkiyə mediasına istinadən xəbər verir ki, Boğazlıyan rayonunda yaşayan M.S (34) yanvarın 11-də keçmiş həyat yoldaşından dünyaya gələn 4 yaşlı oğlu E.Ç-nin itkin düşdüyü barədə polisə müraciət edib.
Polisə verdiyi ifadəsində ziddiyyətli ifadələr verən ana dindirmə zamanı 2024-cü ilin iyul ayında oğlunu boğaraq öldürərək rayon ərazisindəki zibilliyə atdığını etiraf edib.
Nəzarətə alınan MS polis bölməsindəki əməliyyatlardan sonra sövq edildiyi ədliyyədə hakimlik tərəfindən həbs edilib.
Aysel Şirinova