Samsung-un One UI 9.5 yeniləməsinə istifadəçilərə adi şarj vaxtlarını xatırladan yeni funksiya əlavə ediləcək.
Tvit.az xəbər verir ki, android Authority-nin məlumatına görə, funksiya son dörd həftənin şarj tarixçəsini təhlil edərək istifadəçinin telefonunu nə vaxt enerji yığmağa qoşduğunu müəyyənləşdirəcək. Batareyanın səviyyəsi 20-30%-ə düşdükdə və cihaz şarjda olmadıqda xatırlatma bildirişi göndəriləcək.
Funksiya həmçinin təqvimlə əlaqələndirilərək görüş, məşq və digər tədbirlərdən əvvəl batareyanın az olması barədə xəbərdarlıq edəcək.
Aysel Şirinova