Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya Estoniyanın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb
dünya

Rusiya Estoniyanın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb

20-11-2026 20:00 16 Views
IMG

Estoniyanın müvəqqəti işlər vəkili Tallinin Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamaq qərarından sonra Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

 

Onun sözlərinə görə, sərhəd-keçid məntəqələrinin birtərəfli qaydada bağlanması Rusiya vətəndaşlarının hüquqlarını pozur və Estoniya iqtisadiyyatı üçün də ciddi mənfi nəticələrə səbəb olacaq.

Zaxarova vurğulayıb ki, Rusiya milli maraqlarını qorumaq üçün bütün zəruri siyasi və diplomatik tədbirləri görmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna daha əvvəl dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin bağlanacağını açıqlayıb. Bu qərar Tallinin Rusiyanın hərbi kəşfiyyatını (QRU) pilotsuz uçuş aparatları istehsal edən “Threod Systems” şirkətinin obyektlərində partlayış törətməyə cəhddə ittiham etməsindən sonra verilib.