Günəşdə güclü partlayış qeydə alınıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mütəxəssislərin fikrincə, nisbi sakitlik dövründən sonra Günəşdə alovlanma aktivliyi artmaqdadır. Alovlanmalardan biri güc baxımından M sinfinə çatdı. Hələlik, artan Günəş partlayışı aktivliyi Yer üçün heç bir təhlükə yaratmır. Astronomların fikrincə, pozulmuş günəş küləyinin axını planetə çox az təsir edib.
Elmin Alışov