İran Argentina Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini terror təşkilatları kimi tanıyıb.
Tvit.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qərar Buenos-Ayresin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etməsinə cavab olaraq qəbul edilib.