Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycan güləşçisi Davud Məmmədov Qazaxıstanda keçirilən turnirin qalibi olub
sport

Azərbaycan güləşçisi Davud Məmmədov Qazaxıstanda keçirilən turnirin qalibi olub

11-11-2026 12:00 29 Views
IMG

Azərbaycanın yunan-Roma güləşçisi Davud Məmmədov (77 kq) Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilmiş beynəlxalq turnirin qalibi olub.

 

Tvit.az-ın məlumatına görə, ənənəvi yarışda U-20 milli komandasının məşqçisi Akif Əliyevin rəhbərliyi altında iki Azərbaycan güləşçisi fəxri kürsüyə qalxıb.

 

D.Məmmədov finalda qardaşı Cavad Məmmədova 3:1 hesabı ilə qalib gəlib.

 

C.Məmmədov isə gümüş medala sahib çıxıb.