İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçid qaydalarını pozduğu bildirilən daha bir gəminin dəniz minasına düşdüyünü açıqlayıb.
Tvit.az SEPAH-ın mətbuat xidmətinin məlumatına istinadla bildirir ki, hadisə boğazın şərq hissəsində baş verib. Mina partlayışı nəticəsində gəmidə yanğın başlayıb.
Qurum gəmi sahiblərinə təhlükəsiz keçidin təmin olunması üçün marşrutları İran Silahlı Qüvvələri ilə əvvəlcədən razılaşdırmağı yenidən tövsiyə edib.
Aysel Şirinova