Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqların ikinci günü başa çatıb
dünya

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqların ikinci günü başa çatıb

11-11-2026 14:00 28 Views
IMG

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında münaqişənin nizamlanmasına dair üçtərəfli danışıqların ikinci günü başa çatıb.

 

Tvit.az  xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 

Bildirilib ki, görüş iki saatdan az davam edib. Danışıqlar qapalı qapılar arxasında keçirilib və mətbuat nümayəndələrinin müzakirələrdə iştirakına icazə verilməyib.

 

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov başçılıq edir. ABŞ-ı isə prezidentin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner təmsil edirlər.

Danışıqların yekunlarına dair Rusiya tərəfinin mətbuata açıqlama verməsi gözlənilirdi. Bildirilib ki, görüşün mümkün nəticələrindən biri əsirlərin növbəti dəfə mübadiləsi ola bilər.

 

Aysel Şirinova