İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçid qaydalarını pozduğu bildirilən daha bir gəminin dəniz minasına düşdüyünü açıqlayıb.
Tvit.az SEPAH-ın mətbuat xidmətinin məlumatına istinadla bildirir ki, sözügedən gəmi Hörmüz boğazının minalanmış və qadağan olunmuş şərq hissəsindən keçərkən minaya düşüb və nəticədə yanğına məruz qalıb.
Qurum gəmi sahiblərinə təhlükəsiz keçidin təmin olunması üçün marşrutları İran Silahlı Qüvvələri ilə əvvəlcədən razılaşdırmağı yenidən tövsiyə edib.
Aysel Şirinova