Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya NATO: ABŞ Ukraynaya “Patriot” raketlərinin tədarükünü davam etdirir
dünya

NATO: ABŞ Ukraynaya “Patriot” raketlərinin tədarükünü davam etdirir

30-10-2026 20:00 14 Views
IMG

ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin və Avropa ölkələrinin maliyyələşdirdiyi silah paketlərinin tədarükünü gecikməsiz davam etdirir.

 

Tvit.az xəbər verir ki,  bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Aleksus Qrinkeviç bildirib.

 

Onun sözlərinə görə, Avropa müttəfiqlərinin PURL proqramı çərçivəsində maliyyələşdirdiyi sonuncu silah partiyası Ukraynaya ötən həftə çatdırılıb. General tədarük edilən raketlərin sayını və növünü açıqlamayıb.

Qrinkeviç qeyd edib ki, PURL proqramı çərçivəsində maliyyəsi ödənilmiş silahların heç birinin çatdırılması gecikdirilməyib. ABŞ hökumətinə üçüncü tərəflərə silah ötürülməsi ilə bağlı göndərilən bütün müraciətlər də təsdiqlənib.

Qeyd edək ki, oktyabrın 26-da Ukrayna Prezidenti Volodimir Zelenski Pentaqon rəhbəri Pit Heqsetin təxminən bir aydır Ukrayna üçün artıq ödənişi edilmiş “Patriot” və NASAMS sistemlərinə aid raketlərin tədarükü ilə bağlı müqavilələri imzalamadığını bildirmişdi.