Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qətər İsraildəki seçkilərə müdaxilə ilə bağlı ittihamları rədd edib
dünya

Qətər İsraildəki seçkilərə müdaxilə ilə bağlı ittihamları rədd edib

29-10-2026 16:00 18 Views
IMG

Qətər Xarici İşlər Nazirliyi İsraildə keçirilən seçkilərə müdaxilə və seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə siyasi kampaniyaların maliyyələşdirilməsi ilə bağlı ittihamları rədd edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari “X” sosial şəbəkəsində paylaşım edib.

 

O bildirib ki, bəzi israilli siyasətçilər və onlarla əlaqəli media qurumları seçkilərdən sonra Qətəri İsrailin daxili siyasi mübahisələrinə cəlb etməyə çalışırlar.

Əl-Ənsari səsləndirilən ittihamları absurd və təhlükəli adlandırıb. Onun sözlərinə görə, bəzi israilli siyasətçilər öz siyasi uğursuzluqlarına görə Qətəri “günah keçisi” kimi təqdim etməyə çalışırlar.

Nazirlik rəsmisi vurğulayıb ki, Qətər İsrailin daxili siyasi mübarizəsində iştirak etmir və ölkəsinin bu cür mübahisələrə cəlb olunmasına imkan vermək niyyətində deyil.