Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
sport

"Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub

28-10-2026 21:00 20 Views
IMG

"Kəpəz" futbol üzrə Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə qazanıb.

 

"Tvit.az"un məlumatına görə, Premyer Liqa təmsilçisi turnirin II təsnifat mərhələsində "Baku Sportinq" ilə üz-üzə gəlib.

 

Qarşılaşma Gəncə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Digər matçlarda "İmişli" "Qaradağ Lökbatan"ı (4:1), "Şamaxı" "Hypers"i (5:1), "Şahdağ Qusar", MOİK-i (9:1), "Şəfa" "Ağstafa Gəncləri"ni (9:2) məğlub edib.

 

Xatırladaq ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Şimal"ı (6:0), "Marafon" "Zaqatala"nı (1:0), "Sumqayıt" "Kür-Araz"ı (11:0), "Qəbələ" "Mingəçevir"i (3:0), "Zirə" "Səbail"i (2:2, p. - 3:2) məğlub edib.

 

Report