Hörmüz boğazının qərbində elektron müharibə əməliyyatı zamanı ABŞ-a məxsus MQM-170 pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib.
Tvit.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
PUA-nın idarəetmə və istiqamətləndirmə sistemləri ələ keçirilib və daha sonra təyyarə təhlükəsiz şəkildə endirilib. Bəyanatda deyilir ki, pilotsuz təyyarənin missiyası İranı hədəf almaq olub.
Elmin Alışov