Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ müdafiə nazirinin müavini hərbi baza məsələsini müzakirə etmək üçün Polşaya səfər edəcək
dünya

ABŞ müdafiə nazirinin müavini hərbi baza məsələsini müzakirə etmək üçün Polşaya səfər edəcək

29-10-2026 16:00 20 Views
IMG

ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi gələn həftə Polşaya səfər edərək ölkədə Amerika hərbi bazasının yerləşdirilməsi məsələsini müzakirə edəcək.

Tvit.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski məlumat verib.

“Amerika tərəfi müvafiq qərarın qəbul edilməsi üçün zəruri olan bütün məlumatları bizdən alıb. Gələn həftə bu məsələni yenidən müzakirə edəcəyəm, çünki müdafiə nazirinin müavini Kolbi Polşaya səfər edəcək”, – deyə o bildirib.

Məlumata görə, ABŞ rəsmisinin səfəri Polşa Prezidenti Karol Navrotskinin çağırışı ilə keçiriləcək Milli Təhlükəsizlik Şurasının iclası ilə eyni vaxta təsadüf edəcək.

İclasda Polşa ərazisində ABŞ hərbi bazasının yerləşdirilməsi məsələsinin müzakirəsi nəzərdə tutulur.