Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Nihat Məmmədli finala yüksəldi
sport

Nihat Məmmədli finala yüksəldi

26-10-2026 19:00 20 Views
IMG

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının finalına vəsiqə qazanıb.

"Tvit.az" xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rusiyalı Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Sergey Yemelini məğlub edib. Görüş 2:2 hesabı ilə başa çatsa da, Nihat Məmmədli xalların keyfiyyətinə görə qalib gəlib.

O, sabah qızıl medal uğrunda mübarizə aparacaq.

Yarımfinalda məğlub olan digər təmsilçimiz Həsrət Cəfərov isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, dünya çempionatı noyabrın 1-də başa çatacaq.