Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Cənubi Koreya və Litva birgə hava hücumundan müdafiə sistemləri istehsal edəcək
dünya

Cənubi Koreya və Litva birgə hava hücumundan müdafiə sistemləri istehsal edəcək

26-10-2026 16:00 21 Views
IMG

Cənubi Koreya Litvanın hərbi sənaye müəssisələri ilə birgə aşağı hündürlükdə uçan hava hədəflərinə qarşı nəzərdə tutulmuş iki lüləli 30 mm-lik WAAG zenit qurğularının istehsalına başlayacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Litva Müdafiə Nazirliyinin məlumatına görə, layihə çərçivəsində KMT qurğuların nəqliyyat platformalarına inteqrasiyasını, Cosmos Construction və T&G Lithuania qüllə gövdələri və kabellərin istehsalını, Nortal isə sistemlərin NATO şəbəkəsinə inteqrasiyasını həyata keçirəcək.

 

Qurğunun öz radiolokasiya stansiyası yoxdur və hədəfgöstərmə xarici mənbələr vasitəsilə təmin edilir.