Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ Ermənistana 1,4 milyon dollarlıq sərhəd avadanlığı verib
dünya

ABŞ Ermənistana 1,4 milyon dollarlıq sərhəd avadanlığı verib

23-10-2026 11:00 19 Views
IMG

ABŞ Ermənistanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi məqsədilə bu ölkəyə 1,4 milyon dollar dəyərində nəqliyyat vasitələri və xüsusi avadanlıqlar verib.

 

Tvit.az xəbər verir ki, bu barədə ABŞ-nin İrəvandakı səfirliyi məlumat yayıb.

 

Bildirilib ki, yardım ABŞ Dövlət Departamentinin “İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi” (EXBS) proqramı çərçivəsində Ermənistanın Sərhəd Xidmətinə ayrılıb.

 

Səfirliyin məlumatına görə, təşəbbüs sərhəd xidmətinin modernləşdirilməsinə, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə, eləcə də insanların və yüklərin təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edəcək.

Belə ki, avadanlıqlar arasında nəqliyyat və təcili tibbi yardım avtomobilləri, qoruyucu vasitələr, texniki xidmət alətləri, həmçinin Ayrım sərhəd-keçid məntəqəsi üçün müasir İT avadanlıqları da var.

ABŞ tərəfi yardımın Ermənistanın sərhədlərinə nəzarət imkanlarını artıracağını və regional nəqliyyat əlaqələrinin inkişafına töhfə verəcəyini bildirib.

 

Aysel Şirinova