Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya: Ukraynada 4 yük gəmisinə və logistika mərkəzinə zərbə endirdik
dünya

Rusiya: Ukraynada 4 yük gəmisinə və logistika mərkəzinə zərbə endirdik

20-10-2026 15:00 14 Views
IMG

Rusiya Ukraynanın Odessa bölgəsində 4 yük gəmisini və Xmelnitski və Volın bölgələrindəki logistika mərkəzlərini pilotsuz uçuş aparatları (PUA) ilə vurduğunu bildirib.


Tvit.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.


Bəyanatda Ukrayna ordusu üçün hərbi və ikili təyinatlı yüklərin saxlanıldığı Xmelnitski bölgəsindəki Qrand İmport logistika mərkəzinin vurulduğu, Volın bölgəsindəki Kovel qəsəbəsindəki Ukrayna ordusu üçün yük və materialların saxlanılması və paylanması üçün istifadə edilən Vindor Trans Servis nəqliyyat və logistika mərkəzinin də hədəfə alındığı qeyd olunub.


Elmin Alışov