Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Bu ölkə Rusiyaya sanksiya ilə bağlı müraciət etdi - "Şirkət siyahıdan çıxarılsın"
dünya

Bu ölkə Rusiyaya sanksiya ilə bağlı müraciət etdi - "Şirkət siyahıdan çıxarılsın"

08-10-2026 14:00 12 Views
IMG

Estoniya Avropa İttifaqından Rusiyaya qarşı hazırlanmış 22-ci sanksiyalar paketindən bir Rusiya şirkətinin və onunla əlaqəli şəxsin çıxarılmasını istəyib.

 

Tvit.az-ın xarici mediaya istinadla məlumatına görə, sözügedən şirkət Estoniyada yerləşən NPM Silmet müəssisəsini Avropa üçün strateji əhəmiyyət daşıyan materiallarla təmin edir.

 

 

Estoniyanın Brüsseldəki nümayəndəliyinin mətbuat katibi Kerstin Lepik bildirib ki, NPM Silmet hazırda Rusiyadan idxal etdiyi materiallar üçün alternativ təchizat mənbələri axtarır. Onun sözlərinə görə, gələn il həmin şirkətin və əlaqəli şəxsin sanksiyalar siyahısına daxil edilməsi məsələsinə yenidən baxılacaq.

 

Qeyd edək ki, Aİ ölkələrinin səfirləri Rusiyanın müdafiə sektoru ilə əlaqəli 1500-dən çox fiziki və hüquqi şəxsi əhatə edən 22-ci sanksiyalar paketini razılaşdırıblar.

 

Aysel Şirinova