Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Aİ komissarı: Ukrayna 2027-ci ildə Avropa İttifaqına üzv ola bilməyəcək
dünya

Aİ komissarı: Ukrayna 2027-ci ildə Avropa İttifaqına üzv ola bilməyəcək

02-10-2026 21:00 24 Views
IMG

Ukraynanın 2027-ci ildə Avropa İttifaqına (Aİ) üzv olması mümkün deyil.

 

Bunu Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib.

 

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Aİ-yə 1 yanvar 2027-ci ildə üzv olması ilə bağlı səsləndirdiyi tarix real deyil.

 

“Üzvlük əldə olunan nəticələr prinsipinə əsaslanır. Aydındır ki, bu tarix mümkün deyil”, – Kos deyib.

Aİ komissarı qeyd edib ki, Kiyev və bir sıra digər tərəflər Aİ-yə üzvlüyü təhlükəsizlik təminatı kimi görür. Onun sözlərinə görə, Ukraynadakı müharibə Avropadakı geosiyasi vəziyyəti dəyişib və bunun nəticəsində Aİ-nin genişlənməsi yenidən prioritetə çevrilib.

Kos bildirib ki, Aİ Ukraynadakı vəziyyəti anlayır və ölkəyə kömək etməyə çalışır. O vurğulayıb ki, Ukrayna hazırda “sağ qalmaq uğrunda müharibə aparır”.