Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ Fransaya Həmasla əlaqələrinə görə sanksiyalar tətbiq edib
dünya

ABŞ Fransaya Həmasla əlaqələrinə görə sanksiyalar tətbiq edib

02-10-2026 21:00 24 Views
IMG

ABŞ Fransada yerləşən bir təşkilata və iki Fransa vətəndaşına HƏMAS-la əlaqələrinə görə sanksiya tətbiq edib.

 

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tommi Piqqott bildirib.

 

Onun sözlərinə görə, Dövlət Departamentinin tətbiq etdiyi yeni sanksiyalar Qəzzada fəaliyyət göstərən HƏMAS üzvünə, həmçinin saxta xeyriyyə strukturlarından və kriptovalyutadan istifadə edən Fransada yerləşən təşkilata şamil olunur.

 

Piqqott qeyd edib ki, sözügedən təşkilat HƏMAS üçün təxminən 2 milyon dollar vəsait toplayıb.

 

ABŞ Maliyyə Nazirliyi isə sanksiyaların daha iki Fransa vətəndaşına qarşı da tətbiq edildiyini açıqlayıb.