ABŞ Fransada yerləşən bir təşkilata və iki Fransa vətəndaşına HƏMAS-la əlaqələrinə görə sanksiya tətbiq edib.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tommi Piqqott bildirib.
Onun sözlərinə görə, Dövlət Departamentinin tətbiq etdiyi yeni sanksiyalar Qəzzada fəaliyyət göstərən HƏMAS üzvünə, həmçinin saxta xeyriyyə strukturlarından və kriptovalyutadan istifadə edən Fransada yerləşən təşkilata şamil olunur.
Piqqott qeyd edib ki, sözügedən təşkilat HƏMAS üçün təxminən 2 milyon dollar vəsait toplayıb.
ABŞ Maliyyə Nazirliyi isə sanksiyaların daha iki Fransa vətəndaşına qarşı da tətbiq edildiyini açıqlayıb.